Avro bahalaşmaqda davam edir

06 Mart 2018

Avropa iqtisadiyyatı ilə bağlı göstəricilər və TCMB-nin faiz qərarı, eyni zamanda neft qiymətləri investorlarında diqqət mərkəzində.

Avro bahalaşmaqda davam edir

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.2340$-ın üzərində ticarət edilməkdədir və 1.2427$-a kimi də bahalaşa bilər. Avropa iqtisadiyyatı ilə bağlı gözləntilərin yenidən müsbətə doğru dəyişməsi, avronun bahalaşmasına təsir edir.


Türkiyədə inflyasiya və TCMB-nin qərarı. 

Türkiyə bazarlarında da dolların qiyməti 3.81TL-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, USD/TRY məzənnəsi 3.79TL-ə kimi də ucuzlaşa bilər.

Çərşənbə günü saat 15:00-da isə Türkiyə Mərkəzi Bankının faiz qərarı gözlənilir.


Neftə olan tələb artır. 

Ölkələrin iqtisadi inkişaf dinamikaları ilə bağlı fundamental məlumatlar müsbət açıqlanması, enerji bazarlarında neft qiymətlərinə də müsbət təsir edir. Artıq 65$-a kimi dəyər qazanan Avropanın Brent neftinin bir barel qiyməti 67.10$-a kimi də bahalaşa bilər.