Avro 1.1350, Brent nefti 73$-a kimi bahalaşa bilər

16 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında avronun qiymətinə təsir edə biləcək önəmli göstəricilər və neftin bahalaşması proqnozları diqqət mərkəzində qalmaqdadır.

Avro 1.1350, Brent nefti 73$-a kimi bahalaşa bilər

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.13$-ın üzərində ticarət edilməkdədir və 1.1350$-a kimi bahalaşa biləcəyi proqnozları da aktuallığını qorumaqdadır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın gələcək iqtisadi gözləntilərini ölçən önəmli fundamental göstəricilər açıqlanacaqdır.


Enerji birjalarında da neft qiymətləri 71$-a ticarət edilməkdə davam edir və 73$-a kimi bahalaşma proqnozları güclü olaraq qalır.