Avro, funt və Brent nefti ucuzlaşır

05 İyun 2018

Avropa ölkələrində və İngiltərədə həm iqtisadi, həm də siyasi risklərin mövcudluğu sözügedən ölkələrin valyutalarına da mənfi təsir etməkdədir.

Avro, funt və Brent nefti ucuzlaşır

EUR: 1.1750 səviyyəsində müqavimət. 

Dünya valyuta birjalarında avronun 1.1744$ səviyyəsində müqavimətlə rastlaşdığının və qismən ucuzlaşdığının şahidi oluruq. Hal-hazırda 1.1690$-a ticarət edilən qiymətin sözügedən səviyyənin altında qaldıqca, 1.1600$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


GBP: Son 6 ayın minimumuna doğru?

GBP/USD məzənnəsi də 1.3294$-a kimi ucuzlaşıb və 1.3280$-ı da aşağı istiqamətdə qırırsa, 1.3204$-a kimi də ucuzlaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00 və 12:30-da müvafiq olaraq açıqlanacaq Avrozona və İngiltərənin xidmət sektorunda biznes aktivliyi indeksləri də investorların diqqət mərkəzindədir.


Brent nefti 73$-a kimi ucuzlaşa bilər. 

Enerji bazarlarında isə Brent neftinin qiyməti 75.45$-a kimi ucuzlaşıb və bu səviyyənin altında qalarsa, 73.14$-a kimi də ucuzlaşa bilər.