Avro, Funt və Brent neftinin bahalaşması

10 İyul 2019

EUR/USD və GBP/USD məzənnələrinin bahalaşması proqnozları gündəmdə qalmaqla yanaşı, Brent nefti 64$-ın üzərində möhkəmlənib.

Avro, Funt və Brent neftinin bahalaşması

Avro və Funtun bahalaşması proqnozları gündəmdə. 

Beynəlxalq valyuta birjalarında EUR/USD 1.12$ və GBP/USD məzənnəsi isə 1.25$ ətrafında ticarət edilməkdədirlər. Avrozona və Böyük Britaniya iqtisadiyyatlarına dair açıqlanan son fundamental göstəricilər isə məzənnələrin bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. 

Bu baxımında bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərədən dərc ediləcək iqtisadi inkişaf, sənaye istehsalı və xarici ticarət dövriyyəsi ilə bağlı statistik məlumatlar önəmli rol oynayacaqdır. 


Neftin 67$-a kimi bahalaşması proqnozları artır. 

Enerji birjalarında isə Avropanın Brent markalı neftin qiyməti 64$-ın üzərində ticarət edilməkdədir və 67$-a kimi də bahalaşa biləcəyi ehtimal edilir. 

Bununla yanaşı, bu gün saat 18:30-da ABŞ-dan yayımlanacaq neft və benzin ehtiyatları ilə bağlı fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.