29.5.2020 Avro, Funt və BTC tələb artıb

29.05.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

29.5.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR/USD və GBP/USD məzənnələrində bahalaşma. 

Avrozonada iqtisadiyyatın yenidən canlanacağı və Avropa Birliyi Komissiyasının təklif etdiyi 750 milyard avroluq iqtisadi inkişaf proqramının qəbul olunmasına dair gözləntilərin artması, həm gərginləşən ABŞ-Çin münasibətlərini kölgədə qoyub, həm də avronun bahalaşmasına səbəb olub. 

Təhlillərə əsasən, Avroda bahalaşma 1.12$-a kimi sürətlənə bilər. GBP/USD məzənnəsində də bahalaşma ehtimalları 1.2363$-ın qırılması ilə güclənə bilər. 


Dollarda uculaşma, Bitkoində bahalaşmaya səbəb olub. 

Foreks bazarlarında dolların son iki ayın minimumlarına kimi ucuzlaşması, kriptovalyuta birjalarında Bitkoinin də bahalaşmasına təsir edib. Təhlillərə əsasən, Bitkoinin qiyməti 9434$-ın üzərində möhkəmlənərsə, 9933$-a kimi də dəyər qazana bilər.