Avro, Funt və Lirə təzyiq altında

03 İyul 2018

Avropa və İngiltərədə iqtisadi və siyasi məsələlərin həllinin gecikməsi, avro və funtun ucuzlaşmasına, dollara olan tələbin qismən artmasına təsir edir.

Avro, Funt və Lirə təzyiq altında

Dünya valyuta birjalarında avro və funt sterlinqin qiymətiləri yenidən ucuzlaşıb. Avropa və İngiltərədə siyasi və iqtisadi risklərin mövcudluğu ölkə məzənnələrinə də mənfi təsir etməkdədir.


Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.15$-ı aşağı istiqamətdə qırarsa, 1.14$, GBP/USD məzənnəsi isə 1.31$-ı aşağı istiqamətdə qırarsa, 1.30$-a kimi də ucuzlaşa bilər. USD/TRY məzənnəsi də 4.64TL-yə kimi bahalaşıb və 4.73TL-yə kimi də bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaq Türkiyənin inflyasiya səviyyəsi ilə bağlı önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.


Qızılda ucuzlaşma 1215$-a kimi davam edə bilər. 


Əlvan metallar bazarlarında isə qızılın qiyməti növbəti eniş dalğasına başlayıb. Amerika Mərkəzi Bankının (FED) sərt monetar siyasəti və dünyada inflyasiya göstəricilərinin aşağı olması, əmtəə birjalarında da qiymətlərin ucuzlaşmasına səbəb olur. Beləliklə, hal-hazırda 1238$-a kimi ucuzlaşmaqla, son yarım ilin minimum səviyyəsinə düşən qızılın bir unsiya üzrə qiymətinin 1236$-ı da aşağı istiqamətdə qırmaqla, 1215$-a kimi dəyər itirə biləcəyi proqnozlaşdırılır.