Avro, Funt və Lirə ucuzlaşır

03 Sentyabr 2019

Beynəlxalq maliyyə birjalarında ucuzlaşan avro, funt və lirənin daha da dəyər qazanmaları proqnozlaşdırılır.

Avro, Funt və Lirə ucuzlaşır

Beynəlxalq maliyyə bazarlarında avro və funt sterlinq kimi aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir. 

Avropa mərkəzi bankının növbəti toplantısında əmanət faiz dərəcəsini mənfi 0.6%-ə kimi azalda biləcəyi ehtimallarının daha da artması və İngiltərə hökümətində Breksit fonunda mübahisələrin dərinləşməsi, EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən, avro 1.08, funt isə 1.19$-a kimi ucuzlaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30 və 18:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin tikinti və Amerikanın sənaye sektorlarında biznes aktivliyi indeksləri də investorların diqqət mərkəzindədir. 

Saat 11:00-da yayımlanacaq Türkiyənin inflyasiya ilə bağlı göstəriciləri də lirənin yenidən ucuzlaşmağa başladığı bir vaxtda böyük maraqla gözlənilir. USD/TRY məzənnəsinin dünya birjalarında 6.03TL-yə kimi bahalaşması proqnozlaşdırılır.