Avro, funt və lirə ucuzlaşmaqda davam edir

22 May 2018

Dünya valyuta birjalarında dolların orta qiymətinin bahalaşmaqda davam etməsi, digər aparıcı valyutaların da ucuzlaşmalarına təsir etməkdədir.

Avro, funt və lirə ucuzlaşmaqda davam edir

Avro yenidən 1.17$-a kimi ucuzlaşa bilər. 

Dünya valyuta birjalarında avro, funt sterlinq və lirənin ucuzlaşdığı müşahidə edilməkdədir. EUR/USD məzənnəsi 1.1777$-ı da aşağı istiqamətdə qırarsa, 1.1747 və 1.1716$-a kimi də ucuzlaşa bilər.


Funt 1.33$ istiqamətində. 

GBP/USD məzənnəsi üzrə texniki analizlər isə onu göstərir ki, 1.3390$ aşağı istiqamətdə qırılarsa, eniş dalğası 1.3338$-a kimi də davam edə bilər.

Bununla yanaşı, bu gün İngiltərə parlamentində Bakı vaxtı ilə saat 12 və 13:00 aralığında baş tutacaq İngiltərə Mərkəzi Bank sədrinin çıxışı və inflyasiya hesabatının da məzənnəyə təsir edəcəyi gözlənilir.


Lirə ucuzlaşmaqda davam edir. 

Türkiyə bazarlarında da dollar yenidən artım dalğasını bərpa edərək, 4.60TL-ə kimi bahalaşıb. Qiymət 4.60TL-nin üzərində möhkəmlənərsə, 4.67TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.