Avro, Funt və Lirədə qeyri-müəyyənlik

24 İyul 2018

Bu gün açıqlanacaq Avrozona üzrə önəmli fundamental məlumatlar və TCMB-nin faiz qərarı dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.

Avro, Funt və Lirədə qeyri-müəyyənlik

Dünya valyuta birjalarında qeyri-müəyyənlik davam edir. Belə ki, İngiltərə ilə Avropa Birliyi arasında Breksit prosesi, Amerikanın sərt xarici ticarət siyasəti və dünya iqtisadiyyatında risklər özünü valyuta birjalarında da göstərir.


Avro 1.18$-a kimi bahalaşdıqdan sonra yenidən 1.16$-a kimi ucuzlaşıb. Funt da 1.32$-a kimi bahalaşdıqdan sonra 1.31$-a kimi ucuzlaşıb. Lirənin məzənnəsi isə 4.73TL ətrafında ticarət edilməkdədir.


Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankının (TCMB) da önəmli faiz qərarı açıqlanacaqdır. Burada ehtimal edilən faiz artımı, lirənin 4.64TL-yə kimi bahalaşmasını sürətləndirə bilər.


Eyni zamanda, Almaniya və ümumi Avrozonanın istehsal və xidmət sektoru üzrə açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 


Ümumilikdə, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin cari həftənin minimum səviyyəsini qırmaqla 1%-lik sürətli eniş dalğasına başlaya biləcəyi və beləliklə, digər aparıcı valyutaların dollara nisbətən məzənnələrinin bahalaşa biləcəyi proqnozları daha güclüdür.