Avro, funt və lirənin qiymətlərində bahalaşma

19 Yanvar 2018

Cari həftənin ortasında dolların qiymətində müşahidə edilən bahalaşmadan sonra ucuzlaşma investorların diqqət mərkəzində və daha da güclənə bilər.

Avro, funt və lirənin qiymətlərində bahalaşma

Avro yenidən bahalaşır. 

Beynəlxalq maliyyə bazarlarında avronun qiyməti yenidən 1.22$-ın üzərində ticarət edilməkdədir. Qiymət 1.2305$-a kimi bahalaşarsa, 1.2352$-a kimi də bahalaşa bilər.


GBP 1.40$ istiqamətində. 

Funt sterlinqin qiyməti də yenidən 1.39$-a kimi bahalaşıb və 1.3946$-a kimi bahalaşaraq, üzərində möhkəmlənərsə, 1.4039-a kimi də dəyər qazana bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da açıqlanacaq İngiltərədən pərakəndə satış dövriyyəsi ilə bağlı statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.


USD/TRY 3.76TL-ə kimi ucuzlaşdı. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 3.76TL-ə kimi ucuzlaşıb və qiymət 3.77TL-nin altında qaldıqca, 1.73TL-ə kimi də ucuzlaşa bilər.