Avro, Funt və Lirəyə qarşı təzyiqlər qalmaqda

13 Dekabr 2018

Bu gün "TCMB" və AMB-nin monetar siyasətlərinə dair yeni açıqlamaları, beynəlxalq valyuta birjalarında ticarət aktivliyini daha da artıra bilər.

Avro, Funt və Lirəyə qarşı təzyiqlər qalmaqda

Beynəlxalq valyuta birjalarında avro və funtun dollara nisbətən qiymətləri yenidən 1% bahalaşıb. 


Lakin təhlillərə əsasən, 1.14$-ın altında ticarət edilən EUR/USD məzənnəsi bu səviyyənin altında qaldıqca, yenidən 1.13$-a kimi ucuzlaşa bilər. 1.26$-a təklif edilən GBP/USD məzənnəsinin də yenidən 1.25$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.


Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.35TL-yə ticarət edilir və 3.38TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.46TL-yə kimi də bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı və saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının (AMB) mətbuat konfransı da investorların diqqət mərkəzindədir.