Avro, Funt və Qızıl

22 Yanvar 2020

Avro və Funtda ucuzlaşmanın zəifləməsi müvəqqəti ola bilər və qlobal iqtisadiyyata təhdid yaradan virusun yayılması xəbərləri də diqqət mərkəzindədir.

Avro, Funt və Qızıl

Beynəlxalq valyuta birjalarında Avrozona və İngiltərə iqtisadiyyatlarına dair açıqlanan sonuncu müsbət göstəricilər, avro və funtun ucuzlaşmasının zəifləməsinə səbəb olub. 

Lakin təhlillərə əsasən, məzənnələr yanvarın minimumlarında ticarət edilməkdə davam edərsə, tendensiyanın yenidən sürətlənə biləcəyi proqnozları da yenidən artacaqdır. 


Qlobal iqtisadiyyata təhdid yaradan virusun yayılması xəbərləri və Qızıl. 

Bununla yanaşı, Çin və dünyada qripə oxşar virusunun yayılması xəbəri, əlvan metallar bazarlarında qızılın bahalaşması ehtimallarını da artırıb. Beləliklə, bir unsiya üzrə qiymət 1560$-ı yuxarı istiqamətdə qırarsa, 1600$-a kimi də dəyər qazana bilər. 

Qeyd etmək lazımdır ki, kütləvi xəstəliklər iqtisadi dinamikaya da mənfi təsir edir. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%