Avro, Funt və Qızıl ucuzlaşır

28 Sentyabr 2018

Amerika Mərkəzi Bankının 8-ci faiz artımından sonra dolların aparıcı valyutalara nisbətən məzənnələrinin bahalaşmasının davam etdiyinin şahidi oluruq.

Avro, Funt və Qızıl ucuzlaşır

Dünya valyuta birjalarında dolların Amerika Mərkəzi Bankının faiz artımından sonra Avro və funt kimi aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaq davam edir. 


Artıq 1.16$-a ticarət edilən EUR/USD məzənnəsi bu səviyyənin altında qalarsa, 1.15$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. GBP/USD məzənnəsi də 1.31$-ın altında qaldıqca, 1.29$-a kimi ucuzlaşa bilər.


Əlvan metallar bazarlarında da qızılın qiymətləri ucuzlaşır. Artıq bir unsiya üzrə qiymət 1184$-a ticarət edilir və 1182$-ı da aşağı istiqamətdə qırarsa, 1172$-a kimi dəyər itirə bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30 və 13:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin iqtisadi inkişaf sürəti və Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.