07.05.2019 Avro, Funt və qızılda bahalaşma

07.05.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

07.05.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR/USD 1.13$, GBP/USD 1.32$-a kimi bahalaşa bilər. 

Beynəlxalq valyuta birjalarında avro və funta olan tələb artmaqdadır. Belə ki, EUR/USD məzənnəsi 1.12$, GBP/USD məzənnəsi isə 1.31$-ın üzərində ticarət edilməkdədir. Avronun 1.13, funtun isə 1.32$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.


Qızılda 1289$-a kimi dəyər qazana bilər. 

Əlvan metallar bazarlarında da qızılın qiymətində bahalaşma müşahidə edilir və 1289$-a kimi də dəyər qazana bilər.


AB Komissiyasının proqnozları və ABŞ-ın əmək bazarı diqqət mərkəzində. 

Bu gün Bakı vaxtı ilə saat 13:00-da Avropa iqtisadiyyatı üzrə proqnozun və saat 18:00-da Amerikanın əmək bazarına dair önəmli fundamental məlumatların açıqlanması da investorların diqqət mərkəzində olacaqdır.