09.03.2020 Avro, Funt və Qızılda bahalaşma

09.03.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

09.03.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avro və Funtda bahalaşma. 

Beynəlxalq valyuta birjalarında cümə axşamı Avropa Mərkəzi Bankının faiz qərarı açıqlaması öncəsi, EUR/USD məzənnəsi bahalaşmaqda davam edir. Dünya iqtisadiyyatında risklərin artdığı bir vaxtda, bankın Avrozona iqtisadiyyatına dəstək olmaq üçün siyasətini daha da yumşalda bilər. Bu, avronun yenidən ucuzlaşmasına təsir edə bilər. 

İngiltərə hökümətinin çərşənbə günü açıqlayacağı yeni büdcə öncəsi GBP/USD məzənnəsi də bahalaşmaqda davam edir. 


Qızılda 1700$-a kimi bahalaşma. 

Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti 1700$-a (54.8 $/qram) kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Təhlillərə əsasən, qiymət 1642$-ın (52.8 $/qram) üzərində qalarsa, yenidən bahalaşmağa başlaya bilər.