Avro, funt və qızılda ucuzlaşma

20 Dekabr 2018

Beynəlxalq valyuta birjalarında FED-in faiz qərarı açıqlamalarından sonra EUR/USD, GBP/USD və qızıl qiymətlərində ucuzlaşma müşahidə edilib.

Avro, funt və qızılda ucuzlaşma

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerika Mərkəzi Bankının faiz artımından sonra bahalaşıb. 


EUR/USD məzənnəsi nəticədə 1.1380$-a kimi ucuzlaşıb və 1.1370$-ı da aşağı istiqamətdə qırarsa, ucuzlaşma 1.1313$-a kimi də sürətlənə bilər. GBP/USD məzənnəsi isə 1.2626$-ı aşağı istiqamətdə qırarsa, 1.2529$-a kimi ucuzlaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:00-da İngiltərə Mərkəzi Bankının faiz açıqlaması olacaqdır. Saat 17:30-da yayımlanacaq Amerikanın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 


Əlvan metallar bazarlarında da qızılın qiyməti son iki ayın 5%-lik bahalaşmasından sonra ucuzlaşmağa başlayıb. Burada isə bir unsiya üzrə qiymət 1241$-ı aşağı istiqamətdə qırarsa, 1233$-a kimi ucuzlaşa bilər.