Avro, Funt, Yen və Çindən açıqlanan göstəricilər

01 Aprel 2020

Avro, Funt və Yendə müşahidə edilən bahalaşma, qızıla olan tələbin azalması və Çinin sənaye sektorundan gələn müsbət xəbərlər əsas hadisələr kimi.

Avro, Funt, Yen və Çindən açıqlanan göstəricilər

Avropaya dair fundamental göstəricilərin çərşənbə axşamı mənfi dərci, xüsusilə də Avrozona üzrə inflyasiyanın proqnozlaşdırılandan çox azalması xəbəri, EUR/USD məzənnəsinin də Avropa sessiyasında ucuzlaşmasına səbəb olmuşdur. Lakin Amerika sessiyasında fond indekslərinin və dolların ucuzlaşması, avronun da bahalaşmasına səbəb olmuşdur. 

GBP/USD məzənnəsində isə bahalaşma daha ərkən başlamışdır. Burada məzənnəyə təsiri baxımından əsas diqqət mərkəzində olan hadisə, cari əməliyyatlar balansında mənfi saldonun azalmasıdır. 

USD/JPY məzənnəsi də təzyiq altındadır. Asiya sessiyasında əmək bazarına dair yayımlanan mənfi göstəricilər, məzənnənin bahalaşmasına səbəb olsa da Asiyada siyasi və iqtisadi risklər yenə uzun müddətli tələbin üstünlük təşkil etməsinə və Dollar/Yen məzənnəsinin də ucuzlaşmasına səbəb olmaqdadır. 

Əlvan metallar bazarlarında isə qızılın qiymətində ucuzlaşma müşahidə edilir. Bu daha çox Çinin sənaye sektorundan gələn müsbət fundamental göstəricilər və həyatın normala qayıtması ilə bağlı xəbərlərlə əlaqədar ola bilər. 

Beləliklə, Çinin sənaye sektoru ilə əlaqədar açıqlanan sürpriz göstəricilər investorların əsas diqqət mərkəzində olan hadisədir. Dünyada siyasi və iqtisadi böhranın tüğyan etdiyi və bundan bütün - istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrin zərər gördüyü bir vaxtda Çində müşahidə edilən yeni canlanma mərhələsi maraqları cəlb edir. Bugündən etibarən Çində sözügedın dinamikanın nə qədər qoruna biləcəyi önəmli rol oynayacaqdır.