Avro, funtda ucuzlaşma dinamikası zəifləməkdə

23 May 2018

Dünya birjalarında dolların orta qiymətinin bahalaşmasının davam edəcəyi proqnozlaşdırılsa da, digər tərəfdən dinamikanın da zəiflədiyi müşahidə edilir.

Avro, funtda ucuzlaşma dinamikası zəifləməkdə

Avro yenidən 1.16$-a kimi ucuzlaşa bilər. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.1760$-a ticarət edilməkdədir. Qiymət  1.1716$-ı da aşağı istiqamətdə qırarsa, əlavə olaraq 1.1630$-a kimi də ucuzlaşa bilər.


Funt 1.33$ istiqamətində. 

1.3414$-a ticarət edilən GBP/USD məzənnəsində isə 1.3390$ aşağı istiqamətdə qırılarsa, eniş dalğası 1.3338$-a kimi də davam edə bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərədən inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaqdır.


Lirə ucuzlaşmaqda davam edir. 

Türkiyə bazarlarında da dollar bahalaşmaqda davam edir. Artıq 4.80TL-ə kimi bahalaşan USD/TRY məzənnəsinin 4.86TL və 4.99TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.