Avro və Lirə ucuzlaşır, Brent nefti bahalaşır

09 May 2018

Avropada və Türkiyədə fundamental risklərin artması, valyutaların da ucuzlaşmaqda davam etmələrinə təsir edir, neft olan tələb isə yüksək olaraq qalır.

Avro və Lirə ucuzlaşır, Brent nefti bahalaşır

Avro 1.1765$-a kimi də ucuzlaşa bilər. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.19$-ın altında ticarət edilməkdədir və qiymət bu səviyyənin altında qaldıqca, 1.1765$-a kimi də ucuzlaşacağı proqnozlaşdırılır.


USD/TRY məzənnəsində yeni hədəf: 4.47TL. 

Türkiyə bazarlarında isə dollar bahalaşmaqda davam edir. Artıq 4.35TL-ə kimi bahalaşan USD/TRY məzənnəsi 4.34TL-nin üzərində qalarsa, 4.41TL və 4.46TL-ə kimi də artım dalğasına davam edə bilər.


Brent nefti 78$ istiqamətində. 

Əmtəə bazarlarında isə neft qiymətləri bahalaşmaqda davam edir. Artıq Avropanın Brent nefti 76.60$-a ticarət edilməkdədir və bir barel üzrə qiymət 78.08$-a kimi də dəyər qazana bilər.