Avro, Lirə və Brent neftində bahalaşma

17 Aprel 2018

Aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir və dolların ucuzlaşması neft qiymətlərinə də müsbət təsir edir.

Avro, Lirə və Brent neftində bahalaşma

Avro 1.24$-ı yuxarı istiqamətdə qırmaq üzrə. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi bahalaşaraq, aprel ayının maksimum səviyyələrini qırmaq üzrədir. Beləliklə, hal-hazırda 1.24$-ın altında ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, qiymətin 1.26$-a kimi bahalaşa bilməsi üçün güclü siqnal rolunu oynayacaqdır. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozona iqtisadiyyatı ilə bağlı gözlənti indeksi də investorların diqqət mərkəzindədir.


Dollar/Lirə məzənnəsi 4.02TL-ə kimi ucuzlaşa bilər. 

Türkiyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilir.  Belə ki, 4.0957TL-ə ticarət edilən USD/TRY valyuta cütlüyünün qiyməti 4.0722TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.0196TL-ə kimi də ucuzlaşa bilər.


Brent nefti yenidən 73$ istiqamətində. 

Enerji bazarlarında isə Brent nefti 73$-a kimi bahalaşdıqdan sonra 71$-a kimi qismən korreksiya etsə də, yenidən 72$-a kimi dəyər qazanıb. Təhlillərə əsasən, bir barel üzrə qiymət yenidən 73$-a dəyər qazanaraq, üzərində möhkəmlənərsə, 75$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.