Avro, Lirə və Brent neftində ucuzlaşma

11 İyul 2018

Avrozonada mənfi iqtisadi göstəricilərin açıqlanması, avronun ucuzlaşmasına təsir. Eyni zamanda, lirə və neft qiymətlərində də ucuzlaşma müşahidə edilir.

Avro, Lirə və Brent neftində ucuzlaşma

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi mənfi iqtisadi məlumatların açıqlanması ilə 1.1690$-a kimi ucuzlaşıb və 1.1680$-ı da aşağı istiqamətdə qırarsa, 1.1616$-a kimi də ucuzlaşa bilər. Belə ki, Avrozona iqtisadiyyatının gələcək gözləntilərini ölçən indeks (ZEWartıq üçüncü aydır ki, azalaraq, son beş ilin minimum səviyyəsinə çatıb. 


Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi yenidən bahalaşıb. Beləliklə, 4.72TL-yə ticarət edilən məzənnə 4.75TL-ni də yuxarı istiqamətdə qırarsa, 4.84TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


Enerji bazarlarında isə Avropanın Brent neftinin bir barel qiyməti 79$-a kimi dəyər qazandıqdan sonra 78$-a kimi ucuzlaşıb. Qiymət 77.50$-a kimi ucuzlaşarsa, 76.30$-a kimi də ucuzlaşa bilər.


Bunula yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da investorların diqqət mərkəzindədir.