Avro, Lirə və Neftdə bahalaşma proqnozlaşdırılır

02 Dekabr 2019

EUR/USD məzənnəsində bahalaşma dalğası, Lirə və Brent neftində isə bahalaşma proqnozları bu həftə gündəmdə olacaqdır.

Avro, Lirə və Neftdə bahalaşma proqnozlaşdırılır

Avro 1.10$-da dəstək görərək bahalaşır. 

Beynəlxalq valyuta birjalarında avroya olan tələb artıb. Bu, texniki səbəblərlə əlaqələndirilir və 1.10$-da dəstək görən EUR/USD məzənnəsi 1.11$-a kimi də bahalaşa bilər. 

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan iqtisadi inkişafa dair açıqlanacaq və cümə günü saat 17:30-da ABŞ-dan dərc ediləcək əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır. 


Lirədə 5.70TL-yə kimi bahalaşma proqnozları. 

USD/TRY məzənnəsində keçən həftənin ikinci yarısında başlayan eniş dalğası, 5.70TL-yə kimi də dərinləşə bilər. 

Bu baxımından bazar ertəsi 11:00-da yayımlanacaq Türkiyənin iqtisadi inkişafı və çərşənbə axşamı saat 11:00-da inflyasiyaya dair önəmli fundamental göstəricilər də önəmli olacaqdır. 


Brent neftində növbəti bahalaşma ehtimalları gündəmdə. 

Enerji birjalarında isə Avropanın Brent markalı neftin bir barel qiymətində korreksiya davam edir. Lakin ucuzlaşmanın 59-58$-a kimi dərinləşə biləcəyi ilə məhdudlaşacağı proqnozlaşdırılır. Bundan sonra bahalaşma yenidən güclənə bilər.