Avro, Lirə və qızıl bahalaşdı

07 Mart 2018

Avro, Lirə və qızıl çərşənbə axşamı bahalaşdıqdan sonra müqavimətlə rastlaşıb. Lakin dolların ucuzlaşması, tendensiyaları yenidən gücləndirə bilər.

Avro, Lirə və qızıl bahalaşdı

Avro 1.25$-a kimi də bahalaşa bilər. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.2410$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində möhkəmlənməklə, 1.2550$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


TCMB-nin qərarı öncəsi USD/TRY qiyməti. 

Türkiyə bazarlarında da dolların qiyməti 3.79TL-a kimi ucuzlaşdıqdan sonra 3.80TL-ə kimi bahalaşıb. Lakin qiymət cari səviyyənin altında qaldıqca, 3.77TL-ə kimi də ucuzlaşa bilər. Bununla yanaşı, bu gün saat 15:00-da Türkiyə Mərkəzi Bankının faiz qərarı açıqlanacaqdır.


Qızılın qiyməti 1340$-da müqavimətlə rastlaşıb. 

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin dəyər qazanmasına təsir edir. Keçən həftə 1302$-a kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti, yenidən 1334$-ın üzərində təklif edilir. Qiymət 1342$-a kimi də dəyər qazanarsa, artəm dalğası 1351-a kimi güclənə bilər.