13.05.2019 Avro, lirə və qızıl bahalaşır

13.05.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

13.05.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR/USD məzənnəsi bahalaşır. 

EUR/USD məzənnəsi 1.13-1.12$ aralığında dalğalanmaqdadır və 1.14$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Avrozona üzrə fundamental göstəricilərin müsbət və qlobal risklərin azalmasına dair xəbərlərin açıqlanması, avroya dəstək olan amillərdir.


USD/TRY məzənnəsi 5.88TL-yə kimi ucuzlaşa bilər. 

Türkiyə maliyyə bazarlarında Dollar/Lirə məzənnəsi 6.25TL-yə kimi bahalaşdıqdan sonra 5.97TL-yə kimi ucuzlaşıb və 5.88TL-yə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Qızıl üzrə bahalaşma proqnozları. 

Dünya birjalarında dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da bahalaşmasına təsir etməkdədir. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1285$-ın üzərində möhkəmlənərsə, 1291$-a kimi də dəyər qazana bilər.