Avro, Lirə yenidən ucuzlaşdı, BREXIT diqqət mərkəzində

15 Dekabr 2017

"BREXIT" danışıqların 2-ci mərhələsinin daha da çətin olacağı gözləntiləri burada qeyri-müəyyənliyin hələ tam aradan qalxmamasına səbəb olur.

Avro, Lirə yenidən ucuzlaşdı, BREXIT diqqət mərkəzində

Avro yenidən təzyiq altında.

Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının mətbuat konfransından sonra avronun dollara nisbətən qiyməti 1%-ə kimi ucuzlaşıb. Belə ki, 1.18$-ın altında ticarət edilən EUR/USD məzənnəsi 1.1757$-a kimi ucuzlaşarsa, eniş dalğası 1.1707 və 1.1650$-a kimi də sürətlənə bilər.

Lirə yenidən 3.90TL-ə kimi ucuzlaşdı.

Türkiyə maliyyə bazarlarında da Türkiyə Mərkəzi Bankının qərarından sonra USD/TRY məzənnəsi 3.90TL-ə kimi bahalaşıb və qiymət 3.8968TL-nin üzərində möhkəmlənərsə, 3.98TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Gələcək GBP/USD qiyməti fonunda qeyri-müəyyənlik.

İngiltərə ilə Avropa Birliyi hökümətləri tərəfindən BREXIT prosesi fonunda danışıqların 2-ci mərhələsinin başlaması ilə bağlı açıqlamalar, GBP/USD məzənnəsinin 1.34$-ın üzərində möhkəmlənməsinə səbəb olub. Lakin danışıqların 2-ci mərhələsinin daha da çətin olacağı gözləntiləri burada qeyri-müəyyənliyin hələ tam aradan qalxmamasına səbəb olur.

GBP/USD qiymətinin texniki analizləri onu deməyə əsas verir ki, qiymət 1.3416$-ın üzərində qaldıqca, 1.3550 və 1.3657$-a kimi bahalaşa bilər. Əks təqdirdə, eniş dalğası fonunda 1.3300$-ın aşağı istiqamətdə qırılmasını gözləmək lazımdır.

Neft qiymətlərində növbəti bahalaşma. 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 62$-a kimi ucuzlaşdıqdan sonra 63$-a kimi dəyər qazanıb. Artım dalğasının sürətlənməsini proqnozlaşdırmaq üçün isə investorlar qiymətin 63.56$-a kimi bahalaşmasını və bu səviyyənin üzərinqə möhkəmlənməsini gözləyirlər. Məhz bundan sonra qiymət yenidən 66$-a kimi dəyər qazana bilər.