Avro, Qızıl və ABŞ-da önəmli güstəricilər

04 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün zəif ticarət aktivliyi gözlənilir, lakin cümə günü aktivlik daha da arta bilər. Avro və qızıl diqqət mərkəzində.

Avro, Qızıl və ABŞ-da önəmli güstəricilər

Avroda 1.13$-a kimi bahalaşma proqnozları. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.1246$-ın üzərində möhkəmlənərsə, 1.1331$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.


Qızılda 1300$-a kimi bahalaşma proqnozları. 

Əlvan metallar bazarlarında da qızılın qiymətində müşahidə edilən bahalaşma investorların diqqət mərkəzindədir və 1300$-a kimi dəyər qazana biləcəyi proqnozları da güclü olaraq qalır.


İnvestorların diqqəti cümə günündə. 

Bununla yanaşı, bu gün maliyyə bazarlarında güclü dalğalanmaya səbəb ola biləcək fundamental göstəricilərin açıqlanması gözlənilməsə də cümə günü önəmlidir. Belə ki, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarı ilə bağlı vacib statistik məlumatlar yayımlanacaqdır.