Avro, qızıl və neft qiymətləri bahalaşmaqda davam edir

11 Aprel 2018

Dünya birjalarında dolların ucuzlaşması, EUR/USD kimi önəmli valyuta cütlüklərin, qızıl və neft qiymətlərində bahalaşmasına təsir edir.

Avro, qızıl və neft qiymətləri bahalaşmaqda davam edir

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir və artıq təqribən 1.2% ucuzlaşıb. Qiymətlər cari səviyyələrin altında qalarsa, eniş dalğasının əlavə olaraq 1.0% də davam edə biləcəyi proqnozlaşdırılır. Ucuzlaşma texniki səbəblərlə izah edilsə də, fundamental tərəfdən də ABŞ-da yüksələn inflyasiya fonunda FED-in mülayim pul-kredit siyasəti dolların ucuzlaşmasına təsir edən əsas amillər arasındadır. 


Beləliklə, 1.2360$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi 1.2376$-ın da üzərində möhkəmlənərsə, artım dalğası 1.2476$-a kimi də güclənə bilər.


Dolların ucuzlaşması əlvan metallar bazarlarında da qızıl qiymətlərinin dəyər qazanmasına səbəb olub. Artıq 1342$-a kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiymətinin 1357$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.


Enerji bazarlarında da proqnozlaşdırıldığı kimi Avropanın Brent neftinin qiyməti 71$-a kimi başlayıb. Bir barel üzrə qiymət 71$-ın üzərində möhkəmlənərsə, bahalaşması 73.00$-a kimi də sürətlənə bilər.