Avro üçün pis günlər artıq geridə qalıb

19 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozona iqtisadiyyatına dair açıqlanan son fundamental məlumatlar və səbəbləri diqqət mərkəzindədir.

Avro üçün pis günlər artıq geridə qalıb

Keçən il Avropa iqtisadiyyatı investorlara sevinc üçün xüsusi səbəblər verməyib, amma deyəsən, indi xoş sürprizlər gözlənilir.


Son zamanlar Avrozonada dərc edirlən iqtisadi göstəricilərin nəticələri gözləntilərdən daha yüksək olub.


Hesab edilir ki, tənəzzül artıq geridə qalıb və ola bilsin ki,qiymətlər artıq dibə çatıb.


Buna səbəb kimi Avropa - Çin münasibətləri əsas göstərilir.


Bəllidir ki, Avropa iqtisadiyyatı Çin iqtisadiyatından çox asılıdır və Çin iqtisadiyyatı da öz növbəsində son vaxtlarda dirçəlməyə başlayıb.


İnkişafın güclənəcəyinə doğru ilk əlamətlər meydana çıxıb.