Avro və Brent neftində bahalaşma

03 Aprel 2019

Beynəlxalq valyuta birjalarında ABŞ iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin açıqlanmasından sonra dollar ucuzlaşır, avro və neft bahalaşır.

Avro və Brent neftində bahalaşma

Foreks bazarlarında dollar təzyiq altında. 

Amerikanın uzunmüddətli istifadə məhsulları üzrə sifarişlərin dövriyyəsində azalmanın qeydə alınması xəbəri dünya birjalarında dolların ucuzlaşmasına səbəb olub. Son zamanlar ABŞ iqtisadiyyatına dair fundamental göstəricilərin zəif açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir.


EUR/USD 1.13$-a kimi bahalaşa bilər. 

Beləliklə, 1.12$-ın üzərində ticarət edilən avronun qiyməti, bu səviyyənin üzərində qaldıqca, 1.13$-a kimi də bahalaşa bilər.


Brent nefti 73$-a kimi dəyər qazana bilər. 

Enerji birjalarında da Avropanın Brent neftinin qiyməti dəyər qazanmaqda davam edir. 69$-ın üzərində təklif edilən bir barel üzrə qiymət 73$-a kimi də dəyər qazana bilər.