Avro və Brent ucuzlaşır, Qızıl bahalaşa bilər

01 Oktyabr 2019

Beynəlxalq birjalarda avro və neftin eniş dalğası üzrə hədəflərin dərinləşməsi, qızıla olan tələbi yenidən artıra bilər.

Avro və Brent ucuzlaşır, Qızıl bahalaşa bilər

EUR/USD 1.07$-a kimi ucuzlaşa bilər. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşmaqda davam edir və 1.07$-a kimi ucuzlaşa biləcəyi proqnozları da artıq gündəmdədir. 


Avrozonadan inflyasiya və ABŞ-dan “PMI”. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan inflyasiyaya dair investorlar üçün önəmli fundamental məlumatlar da açıqlanacaqdır. 

Saat 18:00-da Amerikadan sənaye sektorunda işgüzar aktivliyi indeksinin açıqlanması da birjalarda ticarət həcmlərinin artmasına təsir edəcəkdir. 


Brent nefti 56$-a kimi ucuzlaşa bilər. 

Enerji birjalarında isə Brent neftinin ucuzlaşmaqda davam etməsi, növbəti eniş dalğası üzrə hədəfləri də aktuallaşdırır. Belə ki, Brent markalı neftin bir barel qiyməti 59$-ın altında qalarsa, 56$-a kimi də dəyər itirə bilər. 


Qızıl yenidən bahalaşa bilər. 

Qızılın bir unsiya üzrə qiyməti də 1462$-a kimi ucuzlaşdıqdan sonra dəstəklə qarşılaşıb və yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.