01.10.2019 Avro və Brent ucuzlaşır, Qızıl bahalaşa bilər

01.10.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

01.10.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR/USD 1.07$-a kimi ucuzlaşa bilər. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşmaqda davam edir və 1.07$-a kimi ucuzlaşa biləcəyi proqnozları da artıq gündəmdədir. 


Avrozonadan inflyasiya və ABŞ-dan “PMI”. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan inflyasiyaya dair investorlar üçün önəmli fundamental məlumatlar da açıqlanacaqdır. 

Saat 18:00-da Amerikadan sənaye sektorunda işgüzar aktivliyi indeksinin açıqlanması da birjalarda ticarət həcmlərinin artmasına təsir edəcəkdir. 


Brent nefti 56$-a kimi ucuzlaşa bilər. 

Enerji birjalarında isə Brent neftinin ucuzlaşmaqda davam etməsi, növbəti eniş dalğası üzrə hədəfləri də aktuallaşdırır. Belə ki, Brent markalı neftin bir barel qiyməti 59$-ın altında qalarsa, 56$-a kimi də dəyər itirə bilər. 


Qızıl yenidən bahalaşa bilər. 

Qızılın bir unsiya üzrə qiyməti də 1462$-a kimi ucuzlaşdıqdan sonra dəstəklə qarşılaşıb və yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.