Avro və Funt 0.7%, Lirə 2.7%-ə kimi ucuzlaşa bilər

26 İyun 2018

Avropa və İngiltərədə iqtisadi və siyasi risklərin mövcudluğu, ABŞ-ın sərt monetar və ticarət siyasəti investorların diqqət mərkəzindədir.

Avro və Funt 0.7%, Lirə 2.7%-ə kimi ucuzlaşa bilər

Dünya valyuta birjalarında Avropa və İngiltərədə iqtisadi və siyasi risklərin mövcudluğu, ABŞ-ın sərt monetar və ticarət siyasəti investorların diqqət mərkəzindədir.


EUR: 1.1720 səviyyəsində müqavimət. 

Avronun qiyməti 1.1720$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşıb və bu səviyyənin üzərində möhkəmlənə bilməsə, 1.1638$-a kimi ucuzlaşa bilər. Təhlillərə əsasən, artm dalğasının güclənməsi üçün isə EUR/USD məzənnəsinin bu səviyyənin üzərində möhkəmlənməsi önəmlidir. Bundan sonda qiymət 1.1850$-a kimi də bahalaşa bilər.


GBP: 1.32$-a kimi korreksiya edə bilər. 

Funt sterlinqin qiyməti də 0.5% bahalaşıdıqdan sonra 1.3290$ səviyyəsində müqavimətlə rastlaşıb və 1.3232 və 1.3196$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


USD/TRY 4.73TL-ni yuxarı istiqamətdə qırarsa, ...

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsi 4.53TL-yə kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşıb. Hal-hazırda 4.67TL-nin üzərində dalğalanan məzənnə 4.73TL-ni də yuxarı istiqamətdə qırarsa, 4.86TL-yə kimi də bahalaşa bilər.


Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 17:00 və 18:00-da müvafiq olaraq Amerikanın mənzil və istehlak bazarı ilə bağlı maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcək önəmli fündamental məlumatlar açıqlanacaqdır.