Avro və Funt 1%-ə kimi də ucuzlaşa bilər

25 Aprel 2018

Dolların aparıcı valyutalara nisbətən qiymətləri cari həftənin maksimum səviyyələrini yenidən qırarsa, əlavə olaraq 0.8% də bahalaşa bilər.

Avro və Funt 1%-ə kimi də ucuzlaşa bilər

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələrinin bahalaşması fonunda korreksiyaların şahidi oluruq. Belə ki, avro/dollar məzənnəsi 1.22$, funt/dollar məzənnəsi 1.40$ ətrafında dalğalanmaqdadır. Türkiyə maliyyə bazarlarında da Dollar/Lirə valyuta cütlüyünün qiyməti 4.09TL-ə ticarət edilir.

 

Lakin Avrozona və İngiltərə kimi aparıcı dövlətlərin iqtisadiyyatlarında müşahidə edilən durğunluq davam etməkdədir və bu, sözügedən valyutalara olan tələbin azalmasına təsir edir.

 

Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən qiymətləri cari həftənin maksimum səviyyələrini yenidən qırarsa, əlavə olaraq 0.8% də bahalaşa bilər.

 

Enerji bazarlarında isə Brent nefti 75$-a kimi bahalaşdıqdan sonra 74$-a kimi ucuzlaşıb. Bir barel üzrə qiymətin 76$ və 78$-a kimi də bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır və eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 18:30-a açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.