Avro və Funt bahalaşır, Qızıl ucuzlaşır

25 Fevral 2020

Avro və Funtda korrektiv bahalaşma, Qızılda isə ucuzlaşma bu gün diqqət mərkəzində olacaq əsas hadisələrdir.

Avro və Funt bahalaşır, Qızıl ucuzlaşır

Beynəlxalq valyuta birjalarında avro və funt sterlinqin qiymətlərində korrektiv bahalaşma müşahidə edilir və bu tendensiyanın davam edəcəyi proqnozlaşdırılır. 

Məzənnələrə təsiri baxımından bu gün Almaniya və ABŞ-dan da müvafiq olaraq iqtisadi inkişaf və istehlak bazarı ilə bağlı açıqlanacağı önəmli göstəricilər də investorların diqqət mərkəzindədir. 

Əlvan metallar bazarlarında da proqnozlaşdırıldığı kimi ucuzlaşma müşahidə edilir və ucuzlaşma 1608$-a kimi dərinləşə bilər.