Avro və Funt diqqət mərkəzində qalmaqda

03 İyun 2020

Avronun 1.15, Funtun isə 1.28$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

Avro və Funt diqqət mərkəzində qalmaqda

Almaniyada Avropa iqtisadi inkişaf proqramı müzakirələri fonunda müsbət gözləntilər, avroya olan tələbi artırmaqdadır. Bu, eyni zamanda, ABŞ-da iğtişaşların Amerika iqtisadiyyatına mənfi təsiri edəcəyi gözləntiləri fonunda dolların ucuzlaşdığı bir vaxtda baş verir. 

Son təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.12$-ın üzərində möhkəmlənərsə, 1.15$-a kimi də bahalaşa bilər. GBP/USD məzənnəsində də 1.26$-ın qırılması ilə bahalaşma 1.28$-a kimi davam edəcəyi proqnozlaşdırırılır. 

Digər tərəfdən İngiltərə höküməti ilə Avropa Birliyi arasında Breksit danışıqlarının sərt keçəcəyi ehtimalları da iqtisadi risklərin artmasına səbəb olur.