Avro və Funt sterlinqdən ikinci korreksiya dalğası

06 İyun 2018

Avropa və İngiltərədə siyasi və iqtisadi risklərin həll olunması istiqamətində ümidlərin artması, avro və funtun da bahalaşacağı ehtimallarına əsas verir.

Avro və Funt sterlinqdən ikinci korreksiya dalğası

Dünya valyuta birjalarında avronun qiyməti 1.1652$-a kimi ucuzlaşdıqdan sonra yenidən 1.1734$-a kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət 1.1750$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1886$-a kimi də bahalaşa bilər.


GBP/USD məzənnəsi də 1.3414$-a kimi bahalaşıb və bu səviyyənin üzərində qalarsa, 1.3480$-a kimi də bahalaşa bilər.


Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın xarici ticarət dövriyyəsi ilə bağlı statistik məlumatların da EUR/USD və GBP/USD məzənnələrinə təsir edəcəyi gözlənilir.


Enerji bazarlarında isə Brent neftinin qiyməti 73.79$-a kimi ucuzlaşdıqdan sonra 75.60$-a kimi dəyər qazanıb və 76.30 və 77.90$-a kimi də dəyər qazana bilər. Saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da investorların diqqət mərkəzindədir.