Avro və Funt təzyiq altında, Bitkoin bahalaşır

12 May 2020

Foreks bazarlarında avro və funt diqqət mərkəzində qalmaqda davam edir, kriptovalyuta birjalarında isə növbəti bahalaşma dalğası ərəfəsidir.

Avro və Funt təzyiq altında, Bitkoin bahalaşır

Beynəlxalq valyuta birjalarında avro və funtun məzənnələri təzyiq altında qalmaqda davam edir. 

Bununla yanaşı, Avropada sosial və iqtisadi məhdudlaşmaların qismən aradan qaldırılmasına dair xəbərlər də avro və funtun ucuzlaşması proqnozlarının zəifləməsinə səbəb olur. 

Lakin bu istiqamətdə əmin olmaq üçün investorlar gələn həftə açıqlanacaq önəmli fundamental göstəriciləri gözləyəcəklər. 

Kriptovalyuta birjalarında isə Bitkoinin qiyməti Bölünmədən sonra yenidən bahalaşmağa başlayıb və 9160$-ın qırılması ilə bahalaşma daha da sürətlənə bilər.