Avro və Funt təzyiq altında

17 İyul 2018

Dünyada siyasi risklərin artması, maliyyə bazarlarında da qeyri-müəyyənliyin və beləliklə, dollara olan tələbin artmasına səbəb olur.

Avro və Funt təzyiq altında

Foreks: Dollar yenidən bahalaşa bilər. 

Dünya valyuta birjalarında diqqət mərkəzində olan Amerika ilə Rusiya prezidentləri arasında görüş fonunda baş tutan mətbuat konfransı öncəsi dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.4% ucuzlaşmışdır.

Bu gün isə sözügedən dinamikanın zəiflədiyi və qiymətin bahalaşdığı müşahidə edilir. Dünyada siyasi risklərin artması maliyyə bazarlarında da qeyri-müəyyənliyin və dollara olan tələbin artmasına səbəb olur.


Avro və Funt təzyiq altında. 

Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində qlobal eniş dalğasının davam edə biləcəyi proqnozları güclü olaraq qalır.

Təhlillərə əsasən, qiymətlər gün ərzində cari səviyyələrin üzərində möhkəmlənə bilməsə və keçən həftənin minimum səviyyəsini də aşağı istiqamətdə qırarsa, avro 1.15, funt isə 1.30$-a kimi ucuzlaşa bilər.


Qızılın qiymətləri 1226$-a kimi ucuzlaşa bilər. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti təqribən son bir ilin minimum səviyyələri ətrafında ticarət edilir və 1236$-ın aşağı istiqamətdə qırılması ilə 1226$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.