Avro və Funt: Tufan öncəsi sakitlik

11 Sentyabr 2019

Avro və funtun qiymətlərində son günlər ticarət aktivliyi azalsa da bu gün neft və qızıl qiymətləri diqqət mərkəzində ol bilər.

Avro və Funt: Tufan öncəsi sakitlik

Avro və Funtda zəif dalğalanma. 

Beynəlxalq maliyyə bazarlarında EUR/USD və GBP/USD məzənnələrində ticarət aktivliyi zəif olaraq qalır. Belə ki, son günlər avro 1.10, funt sterlinq isə 1.23$ ətrafında ticarət edilməkdədir. Bu cümə axşamı Avropa Mərkəzi Bankının siyasəti ilə bağlı verəcəyi önəmli açıqlamalar öncəsi sakitliklə əlaqələndirilir. 


Lirədə ucuzlaşmaqla sürətlənə bilər. 

USD/TRY məzənnəsi isə bahalaşmaqda davam edir. Keçən həftə 5.65TL-yə kimi ucuzlaşan məzənnə, yenidən bahalaşaraq, bu gün 5.78TL-yə ticarət edilir. Məzənnə 5.79TL-ni yuxarı istiqamətdə qırarsa, 5.88TL-yə kimi də bahalaşa bilər. 


Qızılın qiymətlərində bahalaşma ehtimalları. 

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1484$-a kimi ucuzlaşdıqdan sonra dinamikasının zəiflədiyi müşahidə edilir və yenidən bahalaşa biləcəyi proqnozları artıb. 


Brent 63$ müqaviməti ətrafında dalğalanmaqda. 

Bu gün Bakı vaxtı ilə saat 18:30-da ABŞ-dan açıqlanacaq neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar öncəsi isə Avropanın Brent neftinin bir barel qiyməti 63$-a yaxın ticarət edilir. Qiymət 63$-ı yuxarı istiqamətdə qırarsa, 65$-a kimi də bahalaşa bilər.