Avro və Funt ucuzlaşır, Brent nefti bahalaşır

08 İyun 2018

Avro və Funt sterlinq qiymətləri proqnozlaşdırılan hədəflərə kimi bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıblar. "OPEC" öncəsi isə neft bahalaşır.

Avro və Funt ucuzlaşır, Brent nefti bahalaşır

Avroda ucuzlaşma 1.17$-a kimi davam edə bilər. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.1839$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Qiymət 1.1820$-ın altında qaldıqca, 1.1760 və 1.1720$-a kimi də ucuzlaşa bilər.


GBP/USD və sənaye sektoru göstəriciləri. 

GBP/USD məzənnəsi də 1.3369$-ı aşağı istiqamətdə qırarsa, 1.3306$-a kimi ucuzlaşa bilər. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq İngiltərənin sənaye sektoru ilə bağlı önəmli statistik məlumatların da maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.


“OPEC” öncəsi Brent nefti bahalaşır. 

Enerji bazarlarında isə Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: "OPEC") növbəti rəsmi görüşünə 2 həftə qalmış Avropanın Brent nefti 77.50$-a kimi dəyər qazanıb. Qiymət 77.90$-a kimi də bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, 79.20$-a kimi də dəyər qazana bilər.