Avro və Funt ucuzlaşır

12 İyun 2018

Dünya birjalarında ABŞ-dan açıqlanacaq inflyasiya göstəriciləri öncəsi dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir.

Avro və Funt ucuzlaşır

Dünya valyuta birjalarında 1.1800$-ın altında ticarət edilən EUR/USD məzənnəsi 1.1750$-ı da aşağı istiqamətdə qırarsa, 1.1700 və 1.1670$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsi də ucuzlaşır. 1.34$-ın altında ticarət edilən GBP/USD məzənnəsi 1.3340 və 1.3300$-a kimi də dəyər itirə bilər.


Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30 müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı və ABŞ-dan inflyasiya ilə bağlı önəmli fundamental məlumatların da məzənnələrə güclü təsir edə biləcəyi gözlənilir.


USD/TRY 4.33TL-ə kimi ucuzlaşa bilər. 

Türkiyə bazarlarında isə 4.52TL-ə ticarət edilən USD/TRY məzənnəsi də 4.47TL-ə kimi ucuzlaşarsa, 4.38 və 4.33TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.