Avro və Funt ucuzlaşır, Neft daha da bahalaşa bilər

20 Aprel 2018

Dünya iqtisadiyyatında risklərin artması, iqtisadi gözləntilərə mənfi təsir etməklə yanaşı, ölkə valyutalarına olan tələbin də azalmasına səbəb olur.

Avro və Funt ucuzlaşır, Neft daha da bahalaşa bilər

Dünya valyuta birjalarında dünyada ümumi iqtisadi vəziyyətin getdikcə zəifləməsi ilə aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma müşahidə edilməkdədir.

Belə ki, EUR/USD məzənnəsi yenidən 1.23$, GBP/USD məzənnəsi isə 1.41$-a kimi ucuzlaşıb. Təhlillərə əsasən, avronun qiyməti 1.24$-ın altında qaldıqca, 1.22$, funt sterlinqin qiyməti isə 1.40$-a kimi də dəyər itirə bilər.


Brent nefti 78$-a kimi də bahalaşa bilər. 

Enerji bazarlarında isə Avropanın Brent nefti təqribən 75$-a kimi bahalaşdıqdan sonra qismən korreksiya edib. Lakin qiymət 70$-ın üzərində qaldıqca, 75.51 və 78.08$-a kimi də dəyər qazana biləcəyi proqnozları güclü olaraq qalır.