09.11.2018 Avro və Funt ucuzlaşır

09.11.2018
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

09.11.2018 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avro və Funt ucuzlaşır. 

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının faiz qərarı açıqlamasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmağa başlayıb və cari ilin maksimum səviyyəsinə kimi 0.5% bahalaşa biləcəyi proqnozlaşdırılır.


EUR/USD məzənnəsi artıq 1.13$-a təklif edilməkdədir və 1.14$-ın altında qaldıqca, ucuzlaşması 1.12$-a kimi də davam edə bilər. Funtun qiyməti də 1.31$-ın altında qalarsa, 1.29$-a kimi ucuzlaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30 və 17:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin iqtisadi inkişaf və Amerikada istehsal qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.