Avro və Funt ucuzlaşmaqda davam edir

11 Mart 2020

EUR/USD 1.11$, GBP/USD məzənnəsi isə 1.27$-a kimi ucuzlaşa bilər.

Avro və Funt ucuzlaşmaqda davam edir

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. Bunun əsas səbəbi isə qlobal iqtisadi risklərin artdığı bir şəraitdə, dollara olan tələbin yenidən artmasıdır. 

Nəticədə EUR/USD və GBP/USD məzənnələri də ucuzlaşmaqda davam edir. Təhlillərə əsasən, avro 1.14$-ın altında qaldıqca, 1.11, funt sterlinq isə 1.30$-ın altında qaldıqca, 1.27$-a kimi ucuzlaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərədən iqtisadi inkişaf, sənaye və ticarət dövriyyəsi və saat 16:30-da Amerikadan inflyasiya dair açıqlanacaq göstəricilər diqqət mərkəzində olacaqdır. İngiltərə höküməti tərəfindən yayımlanacaq yeni büdcə planı da böyük maraqla gözlənilir.