11.03.2020 Avro və Funt ucuzlaşmaqda davam edir

11.03.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

11.03.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR və GBP daha da ucuzlaşa bilər. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. 

Nəticədə EUR/USD və GBP/USD məzənnələri də ucuzlaşmaqda davam edir. Təhlillərə əsasən, avro 1.14$-ın altında qaldıqca, 1.11, funt sterlinq isə 1.30$-ın altında qaldıqca, 1.27$-a kimi ucuzlaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərədən iqtisadi inkişaf, sənaye və ticarət dövriyyəsi və saat 16:30-da Amerikadan inflyasiya dair açıqlanacaq göstəricilər diqqət mərkəzində olacaqdır. İngiltərə höküməti tərəfindən yayımlanacaq yeni büdcə planı da böyük maraqla gözlənilir.