Avro və Funt yenidən təzyiq altında

05 Dekabr 2018

Dünya valyuta birjalarında avro və funt sterlinqin dollara nisbətən qiymətlərinin ucuzlaşması, investorların diqqət mərkəzindədir.

Avro və Funt yenidən təzyiq altında

Beynəlxalq valyuta birjalarında avronun qiyməti Avrozona üzrə yeni islahat paketi fonunda bəyanatlardan sonra 1.13$-a kimi 1% ucuzlaşıb. Bununla yanaşı, İngiltərə hökümətinin də Breksit danışıqları fonunda parlamentdə tənqidlərlə qarşılaşması, funt sterlinqin 1.27$-a kimi ucuzlaşmasına səbəb olub.


Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1318$-ı aşağı istiqamətdə qırarsa, 1.1213$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsi isə 1.2661$-ın aşağı istiqamətdə qırılması ilə eniş dalğasını 1.2513$-a kimi sürətləndirə bilər.