Avro və Funt yenidən ucuzlaşır

09 Noyabr 2018

Dünya valyuta birjalarında FED-in faiz qərarının açıqlanmasından sonra EUR/USD, GBP/USD məzənnələri və lirədə ucuzlaşma sürətlənib.

Avro və Funt yenidən ucuzlaşır

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının faiz qərarı açıqlamasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmağa başlayıb və cari ilin maksimum səviyyəsinə kimi 0.5% bahalaşa biləcəyi proqnozlaşdırılır.


EUR/USD məzənnəsi artıq 1.13$-a təklif edilməkdədir və 1.14$-ın altında qaldıqca, ucuzlaşması 1.12$-a kimi də davam edə bilər. Funtun qiyməti də 1.31$-ın altında qalarsa, 1.29$-a kimi ucuzlaşa bilər.


Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi yenidən bahalaşmağa başlayıb və 5.48TL-nin üzərində möhkəmlənərsə, 5.65TL-yə kimi də bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30 və 17:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin iqtisadi inkişaf və Amerikada istehsal qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.