Avro və Funtda bahalaşma davam edir

24 İyun 2020

Avro və Funta olan tələbin artması, özünü qızılın qiymətində də göstərir.

Avro və Funtda bahalaşma davam edir

Beynəlxalq valyuta birjalarında Avrozona və İngiltərə iqtisadiyyatlarına dair sürpriz müsbət göstəricilərin açıqlanması, EUR/USD və GBP/USD məzənnələrinin bahalaşmalarına səbəb olub. Təhlillər qiymətlərin əlavə olaraq 1%-ə kimi də bahalaşacağını proqnozlaşdırmağa əsas verir. 

Bununla yanaşı, dolların digər aparıcı valyutalar qarşısında dəyər itirməsi, özünü əlvan metallar bazarlarında da göstərir. Belə ki, qızılın bir unsiya üzrə qiyməti dəyər qazanaraq, son 7 ilin maksimumunu yeniləyib. Qızılda bahalaşma son səkkiz ilin maksimumuna - 1826$-a kimi də dəyər qazana bilər. 

Bu gün birjalarda güclü dalğalanmalara səbəb ola biləcək önəmli göstəricilərin açıqlanması gözlənilməsə də cümə axşamı ABŞ-dan vacib fundamental məlumatlar dərc ediləcəkdir.