Avro və Funtda dalğalanma daha da güclənəcək

19 Mart 2019

Dünya birjalarında bu gün ticarət aktivliyinin daha da artmasına səbəb ola biləcək İngiltərə və Avrozonadan önəmli fundamental göstəricilər açıqlanacaqdır.

Avro və Funtda dalğalanma daha da güclənəcək

Avro və Funtda bahalaşma proqnozları. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.13$-ın üzərində ticarət edilməkdədir və 1.14$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. GBP/USD məzənnəsi isə 1.33$-a ticarət edilir və 1.35$-a kimi bahalaşa biləcəyi ehtimalları aktual olaraq qalır.


İngiltərənin əmək bazarı və Avrozona üzrə gözləntilər diqqət mərkəzində. 

Bununla yanaşı, bu gün maliyyə bazarlarında güclü dalğalanmaya səbəb ola biləcək önəmli fundamental məlumatlar açıqlanacaqdır.


Belə ki, Bakı vaxtı ilə saat 13:30 və 14:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı ilə bağlı məlumatlar və Avrozona iqtisadiyyatında gələcək gözləntiləri ölçən indeks investorların diqqət mərkəzindədir.