05.11.2019 Avro və Funtda korreksiya

05.11.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

05.11.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR və GBP qiymətlərində korreksiya. 

Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələrində korreksiyalar müşahidə edilir. Təhlillərə əsasən əlavə olaraq avro 1.1070 və funt isə 1.2818$-a kimi ucuzlaşa bilər. 


Brent nefti üzrə 65$ proqnozu. 

İnvestorların diqqət mərkəzində olan digər maraqlı hadisə isə enerji birjalarında neft qiymətlərinin bahalaşmasıdır. Brent neftinin 63$-a kimi dəyər qazanması, 65$-a kimi bahalaşma proqnozlarını da gücləndirir. 


ABŞ-dan önəmli iqtisadi göstəricilər açıqlanacaqdır. 

Bununla yanaşı, bu gün Amerikadan dərc ediləcək  Bakı vaxtı ilə saat 17:30-da xarici ticarət dövriyyəsi və saat 19:00-da xidmət sektorunda biznes aktivliyi indeksi ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.